Tanınmış azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayevin Rusiya Dövlət Dumasında hansı deputatın köməkçisi təyin olunduğu məlum olub.
Bu barədə Azpost.info-ya Z.Rzayev məlumat verib.
O bildirib ki, deputat Anatoli Voronovskinin köməkçisi təyin olunub.
Xatırladaq ki, ekstrasens artıq bir neçə ildir Rusiya Federasiyası İctimai Palatasının komissiya üzvü kimi də fəaliyyət göstərir.
Dövlət Dumasının deputatı Anatoli Voronovski 1966-cı ildə Azərbaycanda, Bakıda anadan olub.
Azərbaycan Ali Hərbi -Dəniz Məktəbinin məzunudur. 1988-ci ildə Kirov adına Xəzər ali hərbi-dənizçilik Məktəbini bitirib. 2004-cü ildə ikinci ali təhsil alıb. Şimali Qafqaz Dövlət İdarəçiliyi Akdemiyasını “dövlət və bələdiyyə idarəçiliyi” ixtisası üzrə bitirib.
O, 2017-2021-ci illərdə Krasnodar vilayətinin qubernator müavini postunu tutub. 2021-ci ildə Dövlət Dumasına seçkilərdə hakim “Vahid Rusiya” Partiyasının siyahısı ilə seçilib.