Azərbaycanlı siyasətçi Zəlimxan Məmmədli adında Xalq Cəbhəsi olan siyasi partiyalara adını dəyişdirməyi təklif edib.
Azpost.info bildirir ki, Z.Məmmədli bununla bağlı paylaşımında qeyd edib.
Onun sözlərinə görə, Xalq Cəbhəsi adı öz tarixi missiyasını yerin yetirib: “Xalq Cəbhəsi adı öz tarixi missiyasını yerinə yetirib və o adı rahat buraxmaq zamanı çoxdan gəlib. Amma yenə də gec deyil. Çağdaş, yeni siyasətin tələblərinə uyğunlaşmaq, müasir siyasi texnologiyaları siyasi gündəmə daşımaq sosial sifarişdir” -deyə Z.Məmmədi bildirib.
Onun sözlərinə görə, AXC ilə birgə çətin tarix yaşadılar: “Atan da, aldadan da, aranı qatan da oldu. Amma Elçibəydən sonrakı dönəmdə daha da yaxşı olmaq imkanlarımız da az olmadı. Nostaljilər və içərimizə yeridilmiş şübhə toxumları buna imkan vermədi”.
Zəlimxan Məmmədi AXCP-də Əbülfəz Elçibəyin müavini olub. 1992-93-cü illərdə Xətai rayonun icra başçısı vəzifəsində çalışıb. 2000-ci ildə AXCP-nin parçalanmasından sonra Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyasında rəhbər vəzifə tutub. KXCP-dən istefa verdikdən bir neçə il sonra sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyasnın Ali Məclisinin sədri postunu tutub.
2023-cü ildə HƏP-dən istefa verib.