“Elçibəyin prezident seçkisi öncəsi Burbulislə görüşdüm” –Rusiyanın dövlət katibi AXC-yə nə təkilf edib? (Pənah Hüseyndən maraqlı AÇIQLAMA)

Sabiq Baş nazir Pənah Hüseyn dünən Bakıda vəfat edən Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulislə bağlı maraqlı xatirəsini paylaşıb. 

Azpost.info bildirir ki, P.Hüseynin sözlərinə görə, 1992-ci ilin 15 may hadisələrindən- AXC-nin hakimiyyətə gəlməsindən sonra Burbulis onu Mokvaya rəsmi görüşə dəvət edib.

İyun ayının əvvəlində keçirilən bu görüşdə iyunun 7-də Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə edilib.

Pənah Hüseyn bildirir ki, bu görüşün vacibliyini Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi Hikmət Hacızadə də ona deyib. “Hkmət bəy dedi ki, “Burbulis  prezident Yeltsinin danışan ağzıdır. 7 iyun 1992 prezident seçkiləri ərəfəsində bu görüş Rusiyanın münasibətinin müəyyənləşməsində kritik olacaq”.

Pənah Hüseyn  iyunun əvvəlində Azərbaycan Respublikasının dövlət katibi kimi Gennadi Burbulislə Moskvada görüşür.

Görüşdən sonra Hikmət Hacızadə Prezident səlahiyyətlərini icra edən İsa Qəmbərə yazılı arayışında “görüş alındı, müsbət nəticələrlə bitdi” yazır.

“Sonradan mənim Burbulislə ikinci uzun görüşüm oldu. Yadda qalan məsələlərdən biri onun keçmiş SSRİ- dən qalan hərbi generallardan ibarət ”müharibə partiysına” qarşı bütün postsovet məkanındakı demokratların “sülh partiyası”nı formalaşdırmaq ideyası idi...”-deyə P.Hüseyn yazıb.

Əvvəlki məqalə

Qubadlıda 2 ton nəşə yandırıldı –

Sonrakı məqalə

Parlamentdə 2022-ci il dövlət büdcəsinə dəyişiklik müzakirəyə çıxarılıb