Elman Rüstəmovun “Bakısğırota”sı Abdulbari Gozalın şirkətini məhkəməyə verib –İki böyük sığorta şirkəti üz-üzə

Azərbaycanda sığorta bazarının əsas oyunçularından hesab edilən “Bakısığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə “Azərbaycan Sənaye Sığorta” ASC arasında mülki hüquq pozuntusuna görə qalmaqal yaranıb.

Azpost.info xəbər verir ki, qalmaqal o həddə çatıb ki, “Bakısığorta” ASC məhkəməyə müraciət edib.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. Mülki Məcəllənin 1096.1-ci maddəsində bildirilir ki, mülki hüquq pozuntusu (delikt – delictum – xəta, hüquq pozğunluğu) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

“Bakısığorta” ASC 8 fevral 1994-cü ildə yaradılıb. Nizamnamə kapitalı 8 925 440 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Ramin Hacıağa oğludur. Ramin Məmmədov həm də ASC-nin İdarə Heyətinin sədridir. O, əvvəllər İdar Heyətinin sədr müavini vəzifəsində çalışıb.

“Bakısığorta” ASC-nin səhmlərinin 51 faizi “Bank Respublika” ASC-yə məxsusdur. “Bank Respublika”nın Mərkəzi Bankın sədri Elman Rüstəmova məxsus olduğu barədə iddialar var. Bu iddialar indiyə qədər təkzib olunmayıb. Ona görə də “Bakısığorta” ASC də Elman Rüstəmovun nəzarətində olan sığorta şirkəti kimi xarakterizə olunur.

“Azərbaycan Sənaye Sığorta” ASC-yə gəlincə, şirkətin səhmlərinin 98.43 faizi “Anadolu İnvestment Company” MMC-yə məxsusdur. Bu şirkətin qanuni təmsilçisi Leyla Gozal Kurtdur. O, “Azərsun Holdinq”in prezidenti Abdulbari Gozalın qızıdır.

“Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Rafiq Şahverdiyev həm də “Azersun Holdinq” MMC-yə Korporativ Əlaqələr departamentinin direktorudur. Bu faktlar “Azərbaycan Sənaye Sığorta” ASC-nin Abdulbari Gozala məxsus olduğuna şübhələri artırır.

Abbas

Əvvəlki məqalə

“Aktivlərimizə həbs qoyulsa, cavab tədbirlərimiz olacaq”

Sonrakı məqalə

Ukraynanın infrastrukturuna 129 milyard avro ziyan dəyib