Martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.
İclasda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, son günlər 400 nəfərə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Yaxın günlərdə də bu qədər vətəndaşın təxliyyə edilməsi gözlənilir.
Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib ki, xaricdə qalan Azərbaycan vətəndaşları ilə mütəmadi əlaqə saxlanılır: “Bütün səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verilib. Vətəndaşlara bildirmişik ki, nə qədər imkan varsa, evlərində qalsınlar. Çünki virusu yaya bilərlər. Nə qədər imkan varsa qoy orda qalsınlar. Onsuz da bura gəlib karantində qalacaqlar, elə orda evlərində qalsınlar”.