XİN Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşü barədə: "Sadəcə fikir mübadiləsi aparılıb" YENİLƏNİB

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin (Polşa) iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb.

***

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva “Twitter” vasitəsilə məlumat yayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dəmir defisiti” –

Sonrakı məqalə

Fransada məşhur “Servier” əczaçı şirkətinin məhkəməsi başlanıb –