Əməkdar artist Niftulla Əsgərov vəfat edib

Azərbaycan Respublikasının Əməkdar artisti Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.
Azpost.info bildirir ki, bu barədə Lənkəran Dövlət Dram Teatrından məlumat verilib.
Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib.
Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub.
1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru idi.
Teatrda S.M.Qənizadənin “Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin “Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin “Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun “Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun “Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin “Nazirin xanımı”nda Çeda, N.Nərimanovun “Nadir şah”nda Əliəşrəf bəy və sair obrazlara səhnə həyatı verib.
Paralel olaraq “My name is İntiqam”, “My name is İntiqam 2”, “Bayram axşamı”, “Bığ əhvalatı”, “Vəziyyət rusca”, “Elçilik” və başqa filmlərdə, “Bizim Əhməd haradadır?”, “Xalxın evi” və s. seriallarında aktyor kimi çəkilib.
2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
Əvvəlki məqalə

Şoyqu Ukraynanın əks-hucumunu necə dayandırdıqlarını açıqlayıb

Sonrakı məqalə

“Çay və tütün ixracatında kəskin azalma qeydə alınıb” –