Əminəm ki, Azərbaycanla əməkdaşlığımız daha da möhkəmlənəcək- İrakli Kobaxidze

Azərbaycanla ikitərəfli və mehriban qonşuluq münasibətlərinin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

“Gürcüstan ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq ölkələrimizin əlaqələrinin dinamikasının güclənməsinə müsbət təsir göstərmişdir. Əminəm ki, əməkdaşlığımız daha da möhkəmlənəcək və regionda rifahın, sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir” – Baş nazir qeyd edib.

Əvvəlki məqalə

Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək

Sonrakı məqalə

Kür çayının səviyyəsi kəskin artıb