Emin Əmrullayev Təhsil naziri təyin edilib –

SƏRƏNCAM
27 İyul 2020 - 13:02

Emin Əmrullayev Təhsil naziri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

E.Əmrullayev Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb. Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.
2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.