Məşhur ispan estrada müğənnisi Enrike İqlesiasın şəxsi həyatı həmişə diqqət mərkəzində olur. Lakin müğənninin ailəsi haqqında çox az şey bilirlər.
Azpost.info bildirir ki, “ulduz”un səksən yaşlarında da əla formada qalan anası da daim medianın gündəmində olur.
İspaniyada İzabel Preysler “femme fatale” adlanır. O, 3 dəfə ailə qurub, üç uşaq dünyaya gətirib. 64 yaşında məşhur yazıçı, Nobel mükafatı laureatı Mario Varqas Llosanı ailəsindən ayıraraq öz yanına aparıb. İzabel həyat yoldaşı ilə yarım əsr yan-yana yaşayıb.
Preyslerin fevral ayında 73 yaşı tamam olacaq. Bu yaşına baxmayaraq, o, cavan görünür. Preysler hamar dəri, mükəmməl dişlər, incə bədən, dəbli saç düzümü və həmişə ideal qadın geyim tərzi ilə seçilir.
Təəccüblü deyil ki, İspan paparatsiləri təkcə İqlesiasın həyatının təfərrüatlarını deyil, həm də anası haqqında daha çox bilmək istəyirlər.
Azpost.info