Tamaşaçıların maraqla qarşıladığı “Əqrəb mövsümü” serialı yeni bölümü ilə ekrana qayıdır.
Azpost.info bildirir ki, bu barədə İTV-nin Baş direktoru Balakişi Qasımov “Kaspi“ qəzetinin “Məktəbdə” layihəsi çərçivəsində çıxışı zamanı deyib.
“İki il əvvəl “Əqrəb mövsümü” adlı maraqlı serial çəkmişdik. Bir həftədən sonra ikinci mövsümün çəkilişləri başlayır”-deyə o vurğulayıb.
O İTV-də daha bir məşhur layihənin anonsunu verib. Dekabrın sonundan dünyada məşhur TV şousu “Maska” verilişi bazar günləri İTV-nin efirində olacaq.
Azpost.info