Ərdoğan ABŞ-da Paşinyanla və İran prezidenti ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində Vladimir Zelenski, Ermənistanın baş naziri Nikol Paşinyan və İran lideri Məsud Pezeşkianla danışıqlar aparacaq.

Azpost.info bildirir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

“Ərdoğan bir çox dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək və onların əksəriyyətini Nyu-Yorkda türk diplomatiyasının simvolu olan Türk Evində (bina BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı ilə üzbəüz yerləşir) qəbul edəcək. Ərdoğanın qəbul edəcəyi şəxslər arasında İraqın baş naziri Məhəmməd Şia Əl Sudani, Niderlandın Baş naziri Dik Şuf, BMT-nin baş katibi Antonio Quterreş, Ermənistanın baş naziri Nikol Paşinyan, Ukrayna prezidenti Vladimir Zelenski, Küveytin vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd Əl-Sabah, İran prezidenti Məsud Pezeşkian, Almaniya kansleri Olaf Şolz, Albaniyanın baş naziri Edi Rama və Serbiya prezidenti Aleksandr Vuçiç var”, – nəşr yazır.

Əvvəlki məqalə

Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır

Sonrakı məqalə

Ölkədə yaşa görə pensiya alanların sayı açıqlandı