Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ lideri Fətullah Gülənin ölümünə münasibət bildirib.
“Anadolu” Agentliyinin məlumatına görə, Ərdoğan bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) vilayət rəhbərləri ilə görüşündə çıxışı zamanı danışıb.
“Törətdikləri cinayətlərin, yoldan çıxardıqları insanların, beyinlərini yuduqları gənclərin, şəhid qanlarının hesabını ödəmədən bu dünyadan getdilər, lakin ilahi ədalətdən qaça bilməyəcəklər. Allahın əzabı şiddətlidir”, – deyə Ərdoğan bildirib.
Ərdoğan Fətullah Güləni “baş satqın” adlandırıb: “Onun ölümü şəhidlərimizin ailələrinin ürəyinə bir az da olsa su səpdi”.
Türkiyə lideri əlavə edib ki, dövlət olaraq FETÖ tamamilə ləğv olunana qədər mübarizəni qətiyyətlə davam etdirəcəklər. “İstər ölkədə, istərsə də dünyanın ən ucqar küncündə dövlətimizin bütün qurumları FETÖ-cülərı qarabaqara izləyəcək”.