Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Kazanda keçiriləcək BRICS sammitində iştirak dəvətini qəbul edib.
Bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, təklif Türkiyə tərəfinə çatdırılıb və Ərdoğan bunu qəbul edib.
Qeyd edək ki, BRICS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.