Əri ilə münasibəti pozulan Cenifer Lopes konsert turunu ləğv edib

Məşhur müğənni Cennifer Lopez konsert turunu ləğv edib.

Azpost.info “Page Six” portalına istinadən bildirir ki, 54 yaşlı Lopezin şəxsi həyatında çətin dönəmlərə görə, turu ləğv edib. Onunla əri, məşhur aktyor Ben Affleklə münasibətləri pozulmağa doğru gedir.

Lopez “On theJLo” bülleteni vasitəsilə turun ləğvini elan edib:  “Sizi ruhdan saldığım üçün çox üzüldüm və məyus oldum. Zəhmət olmasa bilin ki, bunu zəruri bilməsəydim, etməzdim. Söz verirəm ki, hamımız yenidən bir yerdə ola bilərik. hamınızı çox sevirəm. Görüşərik…”

Məlumatda deyilir ki, bu bilet satışının zəif olması ilə bağlı deyil, Cennifer uşaqları, ailəsi və yaxın dostları ilə birlikdə olmaq üçün istirahət götürüb.

 

Əvvəlki məqalə

Rusiya kənd təsərrüfatı məhsullarının ixracı təmin edilməlidir

Sonrakı məqalə

Bayden HƏMAS-ı İsrailin yeni təklifini qəbul etməyə çağırıb