Erkin Qədirli özü imtina etdi, iddiası olanlara “seçkiyə qatılın” dedi:  

“Ölkə yaxşılığa doğru dəyişir”
28 Noyabr 2019 - 23:07

REAL-üzvü, tanınmış hüquqşünas Erkin Qədirli parlament sçkilərində namizədliyini verməyəcək.

Azpost.info bildirir ki, bu barədə E.Qədirli yazıb. Onun sözlərinə görə, siyasətdən gedib: “Açıq siyasətdən getdiyimi çoxdan yazmışam. Həvəsim yoxdur, xasiyyətim də uyğun gəlmir. Odur ki, adımı ora-bura dürtüb (orda-burda çəkib) yerimin parlamentdə güya hazır olduğunu yazmağa (söyləməyə) girişməyin. Mənə hörmət etməyə borclu deyilsiniz, özünüzə hörmətiniz olsun”.

E.Qədirli seçkilərə qatılacaq hər kəsə uğurlar arzulayıb: “Seçkidə iştirak çox önəmlidir. Bu dəfəki seçki bundan öncə olmuş seçkilərdən daha səliqəli olacaq. Bunu da 2016-cı ildən bu yana ara-sıra deyir və yazıram. Qatılın, özünüzü sınayın, təcrübə toplayın. Ölkə yaxşılığa doğru dəyişir”.