Ermənipərəst bloqer Aleksandr Lapşin Ermənistanda saxlanılıb –Həbsi gözlənilir

Bədanm bloqer Aleksandr Lapşin Ermənistan hava limanında saxlanılıb.

Azpost.info -nun məlumatına görə, İrəvanın Zvartnots hava limanında saxlanılan bloger Aleksandr Lapşin iddia edir ki, o, “Azərbaycan və Rusiya Federasiyasından aparılan axtarış əsasında” saxlanılıb.

“Bizdən onlarla birlikdə ofisə getməyimizi tələb etdilər. Mən imtina etdim. Pasportumu götürdülər. Artıq bir saatdan çoxdur ki, pasport nəzarəti kabinələrinin qarşısında dayanıram. Vəziyyət çox xoşagəlməzdir, media dəstəyinə ehtiyacımız var. Sərhədçilər erməni dilində danışırlar, mən ancaq “həbs” sözünü tuturam”, – Lapşin sosial şəbəkədə yazıb.

Ermənistanın “Alpha News” teleqram kanalı yazır ki, Lapşinin həyat yoldaşı da saxlanılıb. Telegram kanalı Lapşinin həyat yoldaşı ilə əlaqə saxlayıb, onlar Ermənistana girişinin hansı əsasla qadağan olunduğunu öyrənmək istəyiblər.

O qeyd edib ki, heç bir izahat vermədən onları Zvartnots polis bölməsinə aparmaq istəyirlər. “Biz vəkil və tərcüməçi tələb etdik, lakin erməni tərəfi onları təmin etməkdən imtina edir. Bizə heç bir izahat vermirlər”, o qeyd edib.

Qeyd edək ki, ermənipərəst Lapşin illər əvvəl Qarabağa qeyri-qanuni səfərə görə, Azərbaycan tərəfindən həbs edilmişdi.

Əvvəlki məqalə

İngiltərə Premyer Liqası:

Sonrakı məqalə

Naxçıvanda toy karvanı qəzaya uğrayıb, bəy yaralanıb –