Ermənistan şahmatçıları Bakıda keçiriləcək Şahmat üzrə dünya çempionatında iştirak etməyəcək.
Azpost.info bildirir ki, bunu NEWS.am-a müsahibəsində Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan deyib.
İyulun 30-dan avqustun 24-dək Bakıda Şahmat üzrə Dünya Çempionatı keçiriləcək.
“Bakıda keçiriləcək dünya çempionatına qatılmayacağıq. Qərar verilib, qrossmeysterlər Bakıya getməyəcək”, – deyə Smbat Lputyan bildirib.