Ermənistan Göygöldəki mövqelərimizi atəşə tutur –

MÜDAFİƏ NAZİRLİYİ
19 Oktyabr 2020 - 13:06

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.