“İndi Azərbaycanın suverenliyi altında olan Xocalı və Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi sülhün bərqərar olması üçün sülhün yanında olmaqdır.
Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Xocalı qırğınının açdığı yaralar var. Təbii ki, Xocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır. Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək. Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı sözün əsl mənasında köçüb. Hara? Azərbaycana. İndi 10 ildən sonra Azərbaycan bu qətliamın hesabını soruşdu. Çox, çox fərqli şəkildə soruşdu və torpağını geri aldı. Bildiyiniz kimi, ABŞ, Rusiya, Fransa və Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı. Nəhayət, Azərbaycan öz göbəyini özü kəsdi, işi bitirdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri… Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi. İllər əvvəl erməni quldur dəstələri kimi ora girməmişdi. İnsanları qırmağa getmirdi. O, layiq olduğu sülh və əmin-amanlığı təmin etmək üçün, qələbə müjdəsi iləXocalıya, öz torpağına daxil oldu”.
Azpost.info