Ermənistan prezidenti sərhədlərin delimitasiyası üzrə reqlamenti imzaladı

Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında parlament tərəfindən qəbul edilmiş reqlamenti imzalayıb.

Azpost.info xəbər verir ki, TASS bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan parlamentinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında reqlamenti ratifikasiya etməsini çox mühüm addım adlandırmışdı. Onun sözlərinə görə, bu, Ermənistan ərazisinin legitimliyi baxımından çox vacibdir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir

Sonrakı məqalə

PSJ-nin sabiq futbolçusu 35 yaşında vəfat edib