Ermənistan Putinin həbsinə order qərarını tanıdı - Rusiyadan operativ reaksiya gəldi

Ermənistan Konstitusiya Məhkəməsi Haaqa Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinlə bağlı qərarını konstitusiyaya uyğun hesab edib.

Azpost.info xəbər verir ki, Konstitusiya Məhkəməsinin bu açıqlamasına Rusiyadan operativ reaksiya gəlib.

Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Svetlana Jurova Ermənistan tərəfinin mövqeyini “çox qəribə” adlandırıb

Onun fikrincə, ölkə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) fəaliyyətini yalnız Rusiya prezidenti Vladimir Putinin həbsinə order verildikdən sonra ratifikasiya edib.

“Burada biz başa düşməliyik ki, bir çox ölkələr BCM-nin fəaliyyətini ratifikasiya edib, lakin onların heç də hamısı onun qərarlarını yerinə yetirmir. Amma Ermənistan məsələsində narahatedici odur ki, Vladimir Vladimiroviçin həbsinə BCM tərəfindən order verildikdən sonra onlar bunu ratifikasiya edirlər. Təbii ki, onlar hər zaman belə bir versiya irəli sürə biləcəklər ki, biz bundan başqa BCM-nin bütün tələblərinə əməl edəcəyik. Amma hər halda mövcud vəziyyət dərindən qiymətləndirmə və təhlil tələb edir. Amma hər halda, bu addım ən azı çox qəribədir”, – Jurova bildirib.

Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Azpost.info

 

Əvvəlki məqalə

“Məni Rusiyanın casusları zəhərləyib”

Sonrakı məqalə

Bir ay əvvəl itkin düşən şəxsin meyiti kanalda tapılıb