Ermənistan Qoşulmama Hərəkatının Bakı sammitinə qatılacaq? –

XİN-dən açıqlama
27 Sentyabr 2019 - 17:48

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə qurumda müşahidəçi statusu olan Ermənistanın iştirakına münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Hərəkatın hazırkı sədri qismində Venesuelaya Bakıda keçiriləcək Zirvə görüşü ilə bağlı məlumat təqdim edərək, sədrlik vasitəsilə bütün ölkələrə bu toplantıda iştirak etmək üçün mövcud qeydiyyat proseduraları haqqında məlumatı yayıb.

“Tədbirdə iştirak etmək istəyi olan ölkələr özləri qeydiyyat keçirlər. Ermənistan tərəfi hələki tədbirdə iştirakla bağlı qeydiyyatdan keçməyib”, – L. Abdullayeva vurğulayıb.