Ermənistan və Türkiyə rəsmiləri Gümrü-Qars yolunun bərpası ilə bağlı görüşücək

Ermənistan və Türkiyənin müvafiq qurumunun nümayəndələri Gümrü-Qars dəmir yolunun işinin bərpası üçün şərtləri qiymətləndirmək üçün yaxın vaxtlarda görüşəcəklər.

Azpost.info bildirir ki, bu barədə parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlardakı xüsusi nümayəndəsi Ruben Rubinyan “Azadlıq” radiosunun rus redaksiyasına müsahibəsində bildirib. Bununla belə, görüş gününün hələ təyin olunmadığını əlavə edib.

“Əvvəllər etdiyimiz kimi, məsələn, Marqara körpüsü ilə bağlı biirgə tədqiqat: Ermənistan və Türkiyə nümayəndələri bu razılaşmanın həyata keçirilməsi üçün yaxın vaxtlarda görüşəcəklər. Mən Gümrü-Qars dəmir yolunun fəaliyyətini bərpa etmək üçün lazım olan şərtləri dəyərləndirməyi nəzərdə tuturam”, – deyə Rubinyan bildirib.

Əvvəlki məqalə

Bakıda daha 37 yeni parklanma yeri təşkil edilib

Sonrakı məqalə

“Avropa İttifaqı digər ölkələrə mühazirə oxumağı dayandırmalıdır”