Ermənistan yeni Atom Elektrik Stansiyası tikmək istəyir

Ermənistan yeni Atom Elektrik Stansiyası tikmək istəyir.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.

O deyib ki, Ermənistan hazırkı AES-in müddəti 2036-cı ildə bitir. Bu müddət başa çatmamış yeni atom elektrik stansiyası tikmək istəyirlər.

“Yenisinin gücü 400-600 MVt olacaq. AES müəyyən bir ölçüdə olmalıdır. Yəni, o qədər böyük olmamalıdır ki, bütün enerji sistemini udsun” -deyə Qnel Sanosyan Dünya Erməni Sammitində çıxışı zamanı vurğulayıb.

Nazirin sözlərinə görə, Ermənistanın energetika sektoru kifayət qədər maraqlı struktura malikdir: Ölkənin elektrik enerjisinin təxminən 40%-i AES, təxminən 30%-i istilik elektrik stansiyaları, 20%-i su elektrik stansiyaları və təxminən 10%-i günəş elektrik stansiyalarının payına düşür.

Azpost.info

Əvvəlki məqalə

ABŞ-da qəfil fişənglər partladı, 1 milyonluq yaxta batdı –

Sonrakı məqalə

Livanda partlayan peycerləri buraxan şirkət rəhbəri nə deyib? –