Ermənistanda 32 yaşlı qadın ədliyyə naziri təyin olundu

Ermənistan baş prokurorunun keçmiş müavini, 32 yaşlı Srbui Qalyan ədliyyə naziri vəzifəsinə təyin edilib.

Azpost.info xəbər verir ki, müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

Bir gün əvvəl Qalyan baş prokurorun müavini vəzifəsindən azad edilib. O, prokurorluqda qeyri-qanuni mənşəli əmlakın müsadirəsi üzrə şöbəyə rəhbərlik edirdi.

Srbui Qalyan 2019-cu ildə ədliyyə nazirinin müavini olub.

Azpost.info

Əvvəlki məqalə

Naziliyin rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslərinin cəzası azaldılıb

Sonrakı məqalə

Paşinyanın Zəngəzur dəhlizi üçün “sadələşdirilmiş rejim” təklifi nə deməkdir? –