Ermənistanda bələdiyyə binasına daxil olan silahlı şəxs intihar edib –FOTO

Qumbara və tapança ilə silahlanmış şəxs Ermənistanın Ararat vilayətinin Masis şəhəri bələdiyyəsinin inzibati binasına daxil olub.

Ermənistan mətbuatının  xəbərinə görə, binada atəş səsləri eşidilib. Silahlı şəxsin saxlanması üçün əməliyyat 3 saatdan çox davam edib. Hadisə zamanı binada mühafizəçi və xadimə olub.

Bələdiyyə binasına girmiş silahlı şəxs intihar edib. Bu barədə Ermənistan polisi jurnalistlərə bildirilib.

“Silahlı şəxslə danışıq zamanı atəş səsi eşidilib. Polislər binaya daxil olduqda 36 yaşlı Edvard Marqaryanın odlu silahla özünə qəsd etdiyi məlum olub” – deyə xəbərdə qeyd edilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.