Ermənistanda sabiq prezident Robert Koçaryanın məhkəməsi başlanıb

Ermənistanda sabiq prezident Robert Koçaryana qarşı məhkəmə prosesi başlanıb.

Azpost.info bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumatda deyilir ki, sentyabrın 23-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində bəraət hökmündən 3 il sonra Ermənistanın ikinci prezidenti Robert Köçəryanın, KTMT-nin keçmiş katibi Yuri Xaçaturovun, Ermənistan Respublikasının keçmiş baş nazirinin müavini Armen Qriqoryanın və sabiq müdafiə naziri Seyran Ohanyanın işi üzrə məhkəmə prosesi başlayıb.

Koçaryan prosesdə iştirak etmir. Onun ofisinin rəhbəri Baqrat Mikoyan deyib ki, Köçəryan bugünkü məhkəmə iclası ilə bağlı bildiriş almayıb. Onun sözlərinə görə, Köçəryan hazırda xaricdə şəxsi səfərdədir və oradan sentyabrın 18-də – görüşün vaxtı təyin olunmamışdan əvvəl gedib. “Eks prezident qayıdandan sonra bildiriş alarsa məhkəməyə gələcək” deyə aparat rəhbəri bildirib.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi hakim Anna Danibekyanın Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və digərlərinin işinə xitam verilməsi barədə qərarını ləğv edib.

 

Əvvəlki məqalə

Xankəndidə ikinci məktəb açılacaq –

Sonrakı məqalə

Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açır