Ermənistanda silahlı şəxslər avtomobilə hücum edərək 5,7 milyon dollar oğurlayıblar

Ermənistanda avtomobilə silahlı basqın nəticəsində naməlum şəxslər təxminən 5,7 milyon dollar oğurlayıblar.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Hadisə Zvartnots hava limanı yaxınlığında yerləşən Parakar icmasına gedən yolda baş verib.

Tapança ilə silahlanmış 4 maskalı şəxs maşını saxlayıb, sürücünü və iki sərnişini zorla maşından çıxarıb, yerə yıxaraq əllərini qandallayıblar. Daha sonra onlar avtomobilin baqajındakı çantalardan 36 kq ağırlığında 1,024 milyard dram (2,6 milyon dollardan çox) və 293 milyon rubl (3,1 milyon dollardan çox) dəyərində 3 qızıl külçəni oğurlayıblar.

Hadisə ilə bağlı quldurluq və odlu silah-sursatın qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi başlanıb.

Əvvəlki məqalə

Hakan Fidan Blinkenlə Qəzzada humanitar böhranı müzakirə edib

Sonrakı məqalə

Qeyri-etik paylaşımlar edən daha iki “TikToker” saxlanılıb