Ermənistandan həkimlərin olduğu helikopterin Qarabağa daxil olmasına icazə verilib

Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, bölgədə tibbi yardıma və qayğıya ehtiyacı olan insanların aparılması üçün Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.

Əvvəlki məqalə

Ağdam, Sabirabad və Saatlı xəstəxanaları Xankəndidən xəstələrin qəbulu üçün hazır vəziyyətə gətirilib

Sonrakı məqalə

2024-cü ilin büdcə gəlir və xərcləri 408 milyon manat artırılıb