Ermənistanın Qazaxla sərhədində mina partlayıb

Ermənistanın Kirants (Xeyrimli) kəndində minaxtaran minaya düşüb.

“Sputnik-Armenia”nın xəbərinə görə, hadisə səhər saatlarında baş verib.

Məlumatda bildirilib ki, nəticədə onun ayağı amputasiya edilib. Hadisə Azərbaycanla sərhəddə minatəmizləmə işləri zamanı baş verib.

Ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.