“Ermənilər hərbiçilərimizin Xəlfəli yoluna gələcəyini necə dəqiq biliblər?” –TOFİQ ZÜLFÜQAROVDAN SUALLAR

“Son silahlı toqquşma və 2 hərbçimizin şəhid olmasından sonra əsas nəticə budur: Biz Ermənistanla münaqişənin yeni mərhələsinə daxil olmuşuq. Bunu dövlətimizə qarşı terror müharibəsi adlandırmaq olar”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Xəlfəli-Turşsu yolunda baş vermiş təxribatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, strategiyamızın əsas elementi Ermənistanla sərhədi tam bağlamaq olmalıdır: “Həmçinin, sülhməramlıların maddi-texniki təminatı yalnız Azərbaycan ərazisindən həyata keçirilməlidir”. 
“Mən Laçın yolundakı silahlı toqquşmanın video görüntülərinə baxdım.
Diqqətdən kənarda qalan nə olub? 
-Bizim 10 nəfərlik hərbi qulluqçularımızdan və UAZ-dakı 3 sərnişindən savayı orada naməlum sayda erməni terrorçuları olub. Bu terrorçulara daha sonra BTR-də gələn sülhməramlılar qoşulub.
-UAZ- saxlamaq cəhdi və baxış zamanı atəş açılıb və bundan sonra azərbaycanlı hərbçilər cavab atəşi ilə düşməni məhv ediblər.
-Daha sonra əvvəlcədən hazırlanmış mövqelərdən (dağın əks tərəfindən) erməni tərəfi bizim hərbçilərə atəş açıb və onları itki ilə geri çəkilməyə vadar olublar.
-Daha sonra UAZ-ın yanına sülhməramlıalr gəlib. Bundan sonra atəş kəsilib.
Bu suallar isə cavabsız qalıb:
-UAZ -da aparılan yük nə olub ki, onu avtomatla silahlanmış zabitlər müşayiət edib?
– Nə üçün məhz bu UAZ-a baxış keçirmək bizim üçün mühüm olub?
-Niyə və hansı məlumatlar əsasında ermənilər bizim hərbiçilərin orada olma vaxtını dəqiq biliblər və əvvəlcədən mövqe tutublar?
-UAZ barədə bizim üçün məlumat mənbəyi kim olub?
-Ermənilər üçün bizim mümkün fəaliyyətimizin detalları barədə informasiya mənbəyi kim olub?
– Nə üçün əməliyyat planlaşdırılması zamanı düşmənin pusqu qurmaq imkanını nəzərə almamışıq?
-Nə üçün bizim ərazimizdə terror-diversiya fəaliyyəti davam edir?”
Sabiq XİN başçısı bildirib ki, buradan əsas nəticə odur ki, Azərbaycan Ermənistanla müharibənin yeni mərhələsinə daxil olub.
Azpost.info
Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Putin Ukraynada müharibənin illərlə davam etməsinə hazırdır”