Ermənistan hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb- Prezident İlham Əliyev

2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.

“Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Əvvəlki məqalə

“Rusiya İsveç və Finlandiya üçün heç vaxt təhlükə yaratmayıb”

Sonrakı məqalə

Bahar fəslini sağlam gözlərlə qarşılayın!