Ermənistan KTMT-nin yardımından imtina edib

İrəvan KTMT-dən Ermənistana yardımla bağlı sənədi gündəlikdən çıxarmağı xahiş edib.

Azpost.info bildirir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

“Kollektiv Təhlükəsizlik Şurasının ötən ilin noyabr sessiyasının qərarlarının icrası ilə bağlı tədbirlər planının icrasına və Belarusun prioritet istiqamətlərinə gəlincə, 34 tədbirdən 32-si başa çatıb. Təəssüf ki, iki fəaliyyət icra olunmayıb. Bunlar, ilk növbədə, ATƏT kimi Avropanın beynəlxalq təşkilatları ilə beynəlxalq əlaqələrimizdir.

İkinci məsələ isə KTMT-nin Ermənistana yardımla bağlı qərarın yekunlaşdırılması ilə bağlı sərəncamıdır. Ermənistan bu sənədə heç bir maraq göstərmədi. İşimizin yekun hissəsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş etdilər”, – deyə Tasmaqambetov bildirib.

Azpost.info

Əvvəlki məqalə

25 696 tələbəyə təhsil krediti verilib

Sonrakı məqalə

Argentina BRİKS-ə üzv olmaqdan imtina etdi