Ermənistan morqlarında Azərbaycan hərbçilərinin meyiti yoxdur –DTX və Baş Prokurorluğun birgə BƏYANATI

İyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirilib.

Иu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətininin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilib.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin peşəkar əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən intensiv iş aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Sosial Müdafiə Fondu vakant vəzifələrə müsabiqə elan edib

Sonrakı məqalə

Sabaha olan hava proqnozu