Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, tezliklə sülh variantını tapa bilərik- Azərbaycan Prezidenti

“Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”.

Bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Nikol Paşinyanla danışıqlara dair suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, bu görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir: “Məsələn, sərhədlərin gələcək parametrləri – Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir”.

Prezident İlham Əliyev qeyd edib ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir: “Bizim görüş isə, hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”.

Əvvəlki məqalə

“Bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur”

Sonrakı məqalə

“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi”