“Ermənistan və Azərbaycan arasında danışıqlarda irəliləyişin əldə ediıməsini alqışlayırıq” –AĞ EV

“Ermənistan və Azərbaycan arasında danışıqlarda irəliləyişin əldə ediıməsini alqışlayırıq”.

Azpost.info bildirir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra tviterdə yazıb.

“Ağ Evdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməkdən şad oldum.  Biz Ermənistan və Azərbaycan arasında danışıqlarda irəliləyişin əldə ediıməsini alqışlayırıq və dialoqu davam etdirməyə çağırırıq.  Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq”, – deyə Ceyk Sallivan qeyd edib.

Əvvəlki məqalə

Xəzərdə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb –

Sonrakı məqalə

Rostovda neft zavoduna PUA hucumu olub