Ermənistan və Hindistan XİN arasında siyasi məsləhətləşmələr keçirilib

Ermənistan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə “Sputnik -Armenia” məlumat yayıb.

Məsləhətləşmələr Yeni Dehlidə Ermənistan və Hindistan xarici işlər nazirlərinin müavinləri – Mnatsakan Səfəryan və Sanjay Vermanın rəhbərliyi altında baş tutub.

Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Ermənistan-Azərbaycan əlaqələri və kommunikasiya layihələri müzakirə edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.