Ermənistan xəritələri vermədiyinə görə basdırılmış minaların yeri bilinmir –ANAMA (VİDEO)

“Demək olar ki, bütün ərazi minalanıb. Müxtəlif tipli minalar pərakəndə şəkildə basdırılıb. Artıq beynəlxalq səviyyədə məsələ qaldırılıb ki, Ermənistan minalanmış ərazilərin xəritələrini bizə versin. Verilmədiyinə görə ərazidə olan minaların yeri və sayı bilinmir. Bilinən odur ki, əllərinə hansı mina düşübsə, basdırıblar”.

Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov deyib. Hüseynov bildirib ki, ərazidə basdırılan çoxu Rusiya istehsalıdır: “Ermənistan istehsalı olan piyada əleyhinə minalar da var, tapılıb, çıxarılır”.

ANAMA əməkdaşı deyib ki, hazırda əsas strateji kommunikasiya xətlərinin ərazisi təmizlənir: “Hazırda, əsasən, avtomobil yolu, dəmir yolu, qaz, işıq və digər kommunikasiya xətləri keçən ərazilərdə təmizləmə aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyadan idxal edilən dondurulmuş toyuq qiyməsi yararsız çıxdı

Sonrakı məqalə

Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib