Ermənistanda dövlət qurumlarına hücum planlaşdıran terrorçu dəstə saxlanılıb

Ermənistanda dövlət qurumlarını ələ keçirməyi, həmçinin ayrı-ayrı binaları partlatmağı planlaşdıran terror qruplaşması saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, “Severnıy Listopad” adlı qrupa ən azı beş nəfər daxildir.

“2023-cü il ərzində onlar partlayış və digər sosial təhlükəli hərəkətlər həyata keçirməyə, hökumət və digər binaları ələ keçirməyə və saxlamağa hazırlaşırdılar. Terrorçular dövlət orqanlarının işinə müdaxilə etmək istəyən “naməlum şəxslərin” nəzarəti altında hərəkət ediblər”, – qurumdan bildiriblər.

Saxlanılanlardan döyüş sursatı, dron və odlu silah götürülüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.