Ermənistanın təxribatı nəticəsində 43 mülki şəxs həlak olub-218 nəfər yaralanıb

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb.

Bundan başqa, 290 mülki obyekt, 79 hündürmərtəbəli bina və 1 592 yaşayış evi yarasız hala düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq” –

Sonrakı məqalə

Bakının Baş Planı layihəsi ilə ictimai tanışlıq prosesi başlayıb