Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın fraksiyasından olan keçmiş deputat Qurgen Arsenyanı Rusiyaya səfir təyin edib.
Azpost.info xəbər verir ki, Xaçaturyan bununla bağlı sərəncam imzalayıb.
“Baş nazir Nikol Paşinyanın təklifi əsasında Qurgen Arsenyan Ermənistanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – Xaçaturyanın sərəncamında deyilir.
Azpost.info