Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh danışıqlarının başlanması üçün ATƏT-in Minsk Qrupuna rəsmi müracət edəcək.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Sazişin imzalanması üçün bu mövzuda danışıqlar prosesi aparılmalıdır. Hər iki tərəfin birbaşa danışıq təcrübəsi olmaması səbəbindən verilən bəyanatlar indiyə qədər danışıqlar prosesinə çevrilməyib. Ermənistan yaxın vaxtlarda sülh danışıqlarının təşkili üçün Minsk Qrupunun həmsədrlərinə müraciət edəcək”- deyə mətbuat katibi Vahan Unanyan bildirib.
Onun sözlərinə görə, hazırda bu məsələ üzərində işlənir.