Estoniya Gürcüstanın Baş nazirinə sanksiya tətbiq edib

Estoniya daha 14 Gürcüstan rəsmisinə, o cümlədən bu ölkənin Baş naziri İrakli Kobaxidzeyə sanksiya tətbiq edib.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” platformasındakı paylaşımında bildirib.

“Gürcüstan hakimiyyətinin etirazçılara, jurnalistlərə və müxalifət liderlərinə qarşı törətdikləri zorakılıq cinayətdir və insan hüquqları əleyhinədir, bütün Aİ ölkələrini bunlara reaksiya verməyə və tədbir görməyə çağırıram” – deyə o, paylaşımında qeyd edib.

Qeyd edək ki, Estoniya bundan əvvəl “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə sanksiya tətbiq edib.

Əvvəlki məqalə

İsrail İrana hava zərbələri üçün sərbəst dəhliz yaradıb

Sonrakı məqalə

Şeyxülislam Vatikanın katibi ilə görüşüb