AMİP Etibar Məmmədovun partiyalardan ibarət seçki bloku yaratmaq istəməsi barədə yayılmış məlumatı təkzib edib.
Bu barədə Azpost.info-ya AMİP Siyasi Şurasının üzvü Əli Orucov son günlər yayılmış bu informasiya barədə danışarkən deyib.
O, yayılmış məlumatı “uydurulmuş xəbər” adlandırıb və heç bir mənbəyi olmadığını vurğulayıb: “AMİP şayiə xaraketrli belə məlumata hər hansı münasibət bildirmək istəmir. Heç bir əsası olmayan şayiəyə necə mövqe bildirməli? Bu qeyri-ciddi məsələdir. Bekarçılıqdan və süni gündəm yaratmaq həvəsindən irəli gəlir” – deyə Ə.Orucov vurğulayıb.
Qeyd edək ki, bir sıra saytlarda AMİP lideri Etibar Məmmədovun rəhbərliyi altında müxlaifət partiyalarından ibarət seçki koalisiyası yaradılacağı barədə xəbərlər dərc olunub.
Azpost.info