“Eurovision”un qalibi Ruslana Türkiyəyə təşəkkür edib

Ukraynalı müğənni və bəstəkar, 2004-cü il “Eurovision” müsabiqəsinin çempionu Ruslana Ukrayna sənətçilərinin ölkəsinin Rusiya ilə müharibəsində möhkəm dayandıqlarını və musiqinin müharibədə “silah” kimi olduğunu bildirib.

Ruslana türk xalqına və Qara dənizdəki qardaş ölkələrinə dəstəyə görə təşəkkür edib.

Ukraynalıların əhval-ruhiyyəsini yüksəltmək məqsədi daşıyan yeni mahnısının və klipinin təqdimatını paylaşan Ruslana deyib: “Ukrayna xalqı hazırda simfonik orkestrə bənzəyir. Onlar yalnız dirijordan göstəriş gözləyirlər və bu dirijor onların ürəyidir. Musiqi müharibədə silaha çevrilib. Konsertlər təhlükəsizlik baxımından qadağan edilsə də, humanitar səbəblərdən təşkil olunan bəzi konsertlərdə iştirak etmişəm”,- deyən Ruslana bu konsertlərdən birinin metronun yeraltı stansiyasında keçirildiyini qeyd edib.

Sənətçi olaraq dünyaya güclü mesaj verməli olduqlarını, yeni mahnısı və klipi ilə “ürəyinizi bağlamayın” demək istədiyini bildirən Ruslana – Mənim üçün əsl önəmli olan azadlıqdır- deyib

Ruslana Ukraynanın mübarizəsini Türkiyənin Qurtuluş Savaşı ilə müqayisə edərək, 100 il əvvəl türk xalqı qələbə qazandığı kimi, Ukraynanın da bu müharibədə qalib gəlmək istədiyini bildirib. (Azərtac)

Əvvəlki məqalə

Məhkəmə Trampı dələduzluqda təqsirli bilib

Sonrakı məqalə

Bakı BMT nümayəndələrinin Qarabağa gəlməsinə razılıq verdi