“Ev arzulayanların sayı mövcud evlərdən qat-qat çoxdur”- AYB sədrinin müavini

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) aparat işçiləri üçün nəzərdə tutulan ev növbəsi mövcuddur. Evlər bölünərkən bu, nəzərə alınıb və birliyin növbədə olan əməkdaşlarının da hüquqları – uzun illər növbədə olmaları nəzərə alınıb”.

Bunu AYB sədrinin müavini Rəşad Məcid Yazıçılar Birliyinin üzvlərinə və aparat işçilərinə ev verilməsi ilə bağlı yaranan narazılığa münasibət bildirərkən deyib.

“Düzdür, mən də arzu edərdim ki, bütün ehtiyacı olanlar mənzillə təmin olunsun. Amma, təəssüf ki, bu, mümkün deyil. Ev arzulayanların sayı mövcud evlərdən qat-qat çoxdur”, – sədr müavini əlavə edib(apa).

Əvvəlki məqalə

NİİM sürücülərin manevr qaydalarını pozması ilə bağlı müraciət edib

Sonrakı məqalə

Antiterror tədbirləri zamanı şəhid olanların ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb