“Evdə oturum, sosial yardım alım” anlayışı doğru deyil”- NAZİR

Ünvanlı sosial yardımla bağlı bizə çox suallar olur. Biz insanların işləməməsinə imkan verməməliyik.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, “evdə oturum, sosial yardım alım” anlayışına qarşıdır.

“Ünvanlı sosial yardımın yaranmasının məqsədi də ayrıdır. Dövlət o prinsipləri rəhbər tutur ki, işləyən insanların qazancı kifayət etməyəndə dövlət o fərqi ödəsin”.

Əvvəlki məqalə

Nazir pensiya yaşı məsələsinə münasibət bildirib

Sonrakı məqalə

“Qərb təklif edir ki, işğaldan azad edilən ərazilər yenidən Ermənistana verilsin” –