“Exxon Mobil” neft şirkəti Rusiyadakı işçilərini geri çağırıb

“Exxon Mobil” korporasiyası Rusiyada neft-qaz layihələrində işləyən amerikalı işçilərini geri çağırıb.

Bu barədə “Reuters” çərşənbə axşamı öz mənbələrinə istinadən xəbər verib.

Mənbənin sözlərinə görə, geri çağırılma Saxalin adasındakı layihələrdə iştirak edən işçilərə aiddir. ABŞ-a qaytarılacaq işçilərin ümumi sayı hələlik məlum deyil.

Ümumilikdə, “Exxon Mobil” şirkətinin 1000-ə yaxın əməkdaşı Rusiyanın müxtəlif regionlarında çalışır.

Bundan əvvəl Britaniyanın BP şirkəti “Rosneft”dəki 19,75%-lik payını satacağını, Norveçin “Equinor” neft-qaz şirkəti (keçmiş Statoil) isə Rusiyadakı müştərək müəssisələrdən çıxmaq və ölkəyə yeni investisiyaları dayandırmaq qərarına gəldiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev və Mehriban Əliyeva od çərşənbəsini qeyd edib –

Sonrakı məqalə

“BMW” Rusiyada istehsalı dayandırdı