“Fənərbağça” doğma meydanda qalib gəlibTürkiyə Superliqası

Futbol üzrə Türkiyə Superliqasında 31-ci turun növbəti oyunu keçirilib.

Çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında “Sivasspor” “Fatih Karagümrük”ə 1:0, “Kasımpaşa” “Kaysərispor” 2:0, “Trabzonspor” isə “Konyaspor”a 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 84 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 82 xalla ikinci, 52 xallı “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.

Əvvəlki məqalə

NATO Ermənistanı hərbi sənayeyə vəsait yatırmağa çağırır –

Sonrakı məqalə

İstanbulda seçkilərinin nəticələrinə etiraz edən 132 nəfər saxlanılıb